Главная » 2008 » MAY » 28 » Eurovision 2008 tebligati
09:08
Eurovision 2008 tebligati
 
 
 
Azərbaycanı “Avroviziya-2008” yarışmasına təmsil edən Samir və Elnur mayın 27-də vətənə qayıdacaqlar. Bu barədə ANS PRESS-ə məlumatı “Avroviziya-2008” in Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Leyla Əliyeva məlumat verib. L. Əliyeva hələ ki, mahnı müsabiqəsində səkkizinci yerə çıxmış təmsilçilərimizin qarşılanma mərasiminin təfərrüatları barədə dəqiq məlumata malik olmadığını bildirib.
Qeyd edək ki, Rusiyanın “Komsomolskaya pravda” qəzetinin şayiələrə istinadən verdiyi məlumata görə, müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan təbliğat kampaniyası üçün 7 milyon avro sərf edib. Verilən məlumata görə, bütün Belqrad şəhərində Elnur və Samirin iri plakatları asılıbmış.
L. Əliyevanın sözlərinə görə, onda bu barədə dəqiq məlumat yoxdur. Amma nümayəndə heyətimiz Belqraddan qayıtdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Avrovoziya 2008” mahnı müsabiqəsinin qalibi Dima Bilanın müsabiqəyə hazırlığı üçün 1 milyon avro sərf edilib. Bununla yanaşı, onunla birgə səhnəni paylaşan Yevgeni Plyuşşenko və Edvin Çarton konsertdə qonarar almadan çıxış ediblər.

Ukraynanın təmsilçisi Ani Lorak isə güzgülü otaqdakı nömrəsinə 500 min avro vəsait xərcləyib, onun paltarının qiyməti isə 200 min avro olub.
Dima Bilan isə özü ilə səhnədə cırmaq üçün 10 köynək aparıbmış.

Bu il “Avroviziya” həm də QİÇŞ probleminə toxunub və müsabiqə iştirakçılarına 3 milyona yaxın qorunma vasitəsi paylanıb.
Biletin qiymətinin 1000 avro olmasına baxmayaraq, müsabiqəni 25 minə yaxın adam izləyə bilib. Daha 2000 nəfər isə yayımı binadan kənarda izləyib.


.Fikirlərinizi bizim üçün çox maraqlıdır!
Категория: SHOW BUSSINES | Просмотров: 1026 | Добавил: AzeRiLove | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]